Zabitlər evi

S.Vurğun və Xaqani küçələrinin kəsişdiyi yerdə, sahilə yaxın tikiləcək binanın (1887) binövrəsi sudan qorumaq məqsədilə körpüvari şəkildə, bir növ Parisdəki Eyfel qülləsinin dayağını xatırladan körpü kimi qoyulmuşdur. Ümumi yığıncaqlar keçiriləcək məqsədilə tikilən bu bina neçə illərdir ki Zabitlər evi kimi fəaliyyət göstərir. Ətrafında baş vermiş yanğından sonra ziyan çəkmiş bu bina əsaslı təmir olunub. Demək olar ki, bina yenidən bərpa olunub. Qeyd etmək lazımdır ki, Hərb muzeyində Ağa Musa Nağıyev guşəsində bina haqqında tarixi sənədlər var.

Keçmiş Malakanskaya-Xaqani, Krasnovodski – S.Vurğun, Birjevaya-Ü.Hacıbəyli və Bolşaya MorskayaBülbül küçələrinin dairəsində: Xaqani küçəsində “Astoriya” mehmanxanası-indiki “Məhkəmə Ekspertizası”; Bülbül prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsiyində keçmişdə “Tikiş fabriki”- indiki göydələn, S.Vurğun küçəsində “Qış evi” – indiki “Mərkəzi Zabitlər evi” Ağa Musa Nağıyevin tikililərindən olub. S.Vurğun və Xaqani küçələrinin kəsişdiyi yerdə, sahilə yaxın tikiləcək “Qış evi” və yaxud “Xalq evi” adlanan binanın bünövrəsi, sudan qorumaq məqsədilə, bir növ Parisdəki Eyfel Qülləsinin dayağını xatırladan körpüvari şəkildə qoyulmuşdur. Ümumi yığıncaqlar keçirmək məqsədilə tikilən bu binada neçə onilliklərdir ki, “Mərkəzi Zabitlər evi” fəaliyyət göstərir. Mülki mühəndis A.Kondrikov tərəfindən hazırlanmış bu binanın - layihəsi 1887-ci il dekabrın 30-da təhvil verilmişdir. Ətrafında baş vermiş yanğından sonra ziyan çəkmiş bu bina əsaslı təmir olunub. Demək olar ki, bina yenidən bərpa edilib. Qeyd etməyi vacib sayıram ki, Hərb Muzeyində “Ağa Musa Nağıyev guşəsi”ndə bina haqqında tarixi sənədlər var. Bina İctimai Yığıncaqlar keçirmək məqsədilə tikilib. Xeyriyyə xüsusiyyəti daşıyan məclislərdə ziyalılar və xeyriyyəçilər xanımları ilə iştirak edirdilər. Qonaqlar binanın 1-ci mərtəbəsində yerləşən orkestrin ifa etdiyi klassik musiqi ahəngi altında qarşılanırdı. 99 1918-ci ilin arxiv sənədlərinə əsasən A.M.Nağıyevin bu binadan əldə etdiyi illik gəlir 31.350 rubl olub.