Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi

Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin fəaliyyət göstərdiyi bina (S.Vurğun 24) – Ağa Musa Nağıyevin tikililərindəndir.

1906-cı ildə 68 000 rubla başa gələn İctimai İclaslar keçirmək məqsədli binada 2002-ci ildən, yəni Komitə yarandığı gündən fəaliyyət göstərir.

3-cü mərtəbənin foyesində Azərbaycanın ictimai xadimlərinin sırasında Ağa Musa Nağıyevin portretinin asılmasına 2006-cı ildə Komitənin sabiq naziri Nazim İbrahimovun fəaliyyəti dövründə nail oldum. Portretin müəllifi rəssam Arif  Bektaşidir.