Keçmiş Poçt və Rabitə binası, indiki Rabitə və İnformasiya Texnalogiyaları Nazirliyi

A.M. Nağıyevin ən böyük arzusu millətini savadlı görmək idi. Məhz bu məqsədlə o, 1907 –ci ildə  Qubernator Əlahəzrətlərinə etdiyi müraciətdə Realnı məktəbin uzun müddət yarımçıq qalmış tikintisini başa çatdırmaq üçün 25 000 rubl vəsait ayırdığını və təhsil alacaq 25 qız uşağına himayədarlıq edəcəyini bildirmiş, özünün və vaxtı ilə  bu məktəbin məzunu olmuş,dünyasını dəyişmiş oğlu İsmayılın portretlərinin akt zalında asılmasını tələb etmişdir.   Totalitar rejim bütün bunlara son qoyur, Məktəbdəki portretlər isə “yoxa” çıxır...                                                                

Yüz  il sonra, yəni 2007-ci ildə təqdim etdiyim arxiv sənədlərinə əsasən, Ağa Musanın bu vəsiyyətinə İqyisad Universitetin rektoru, millət vəkili  Şəmsəddin Hacıyev   əməl edərək, akt zalında hər ikisinin portretlərinin asılmasına nail oldu.

Belə bir insani əməllərinə görə ona minnətdarlığımı bildirib, ömrü boyu qarşısında borclu olduğumu bildirəndə Şəmsəddin Hacıyev cənabları təvəzökarlıq edərək,bunu azərbaycanın oğlu olaraq özünə borc bildiyini söylədi. -Muxtarova