NURLU ƏMƏLLƏRİN İŞIĞINDA

NURLU ƏMƏLLƏRİN İŞIĞINDA

XIX əsrin sonu XX əsrin əvvəllərində qurub yaradan Azərbaycanın milyonçusu, xeyriyyəçi, məşhur neft kralı Ağa Musa Nağıyevin nəslindənəm. Mənalı bir ömür yaşayaraq, yüksək əxlaqi keyfiyyətlərilə həyatda öz yerini tutmaqla yaddaşlarda qalıb, özünə əbədi iz qoymuş neft milyonçusu Ağa Musa Nağıyev Bakının 11 milyonçularından birincisi olub. Zaman-zaman bu sahədə etdiklərimi, çoxşahəli fəaliyyətimi qiymətləndirərək məni - hünərli qadın, cəsarətli insan, fəxri bibi, Nağıyev nəslinin aslanı, qayğıkeş ana, zəhmətkeş insan, cəfakeş övlad və nəvə adlandırıblar. Deyilənlərə görə bu kəlmələrin arxasında dayanıram. Ağa Musanın 100 bina tikdirəcəyi arzusuna çatmasına 2 bina qaldı. Bu arzunu yerinə yetirməyi öhdəmə götürmişəm. Əyər yatırlarından azacıq da olsa vətənə gətirilərsə, ölməzliyə vəsiqə almış olaram. Çünki məni ictimaiyyət bu gün “98+2” forumun müəllifi kimi qəbul edir.