“YENİ AVROPA” MEHMANXANASI “LUKOiL” şirkəti

A.M.Nağıyev 1913-cü ildə Qorçakovski - indiki H.Z.Tağıyev küçəsi №13-də memar İ.Ploşkonun layihəsi əsasında “Yeni Avropa” mehmanxana tipli bina tikdirmişdir. Bina 4 ədəd lift, sanitar-texniki avadanlıqlar, buxar qızdırıcıları, qapalı elektrik naqilləri ilə təchiz olunmuşdur. Binanın tikintisində daşıyıcı konstruksiyası qismində dəmir beton dayaqlardan və örtüklərdən istifadə olunmuşdur. Binada bu gün Rusiyanın “LUKOiL” şirkəti fəaliyyət göstərir. Ailə xatirəsindən bəlli olur ki, Ağa Musa məhz bu binanın 6-cı mərtəbəsindəki eyvanında Hacı Zeynalabdin ilə söhbət edərkən, 100 yaş yaşayacağına əmin olduğunu bildirmişdi. 1993-cü ildən binada “LUKOiL” – neft şirkəti Rusiya Federasiyasının qərarı ilə fəaliyyətə başlayıb. Həmin ildən Vahid Ələkbərov “LUKOiL”a rəhbərlik edir. O,1950-ci ildə Bakıda anadan olub. Ali təhsillidir. Azərbaycan NeftKimya İnstitutunu bitirib. 2016-cı ildə “Lukoil”in səhmdarları illik toplantıda Vahid Ələkbərovun növbəti 5 il üçün şirkətin prezidenti vəzifəsinə seçilməsi haqqında qərar qəbul ediblər. O,şirkətin səhmlərinin 22,96%-ə sahibdir. Qeyd edək ki, "LUKOiL" şirkəti Rusiya, MDB və dünyanın bir çox ölkələrində neft məhsullarının hasilatı, emalı, satışı və kəşfiyyatı ilə məşğul olur. 40 ilə qədər layihə üzrə məhsulun bölünməsi (SRP) və 12 ilə prolonqasiya mümkünü haqqında razılaşması 1996- cı ildən qüvvəyə girib, ticarət ehtiyatlarının açılışı 2001-ci 83 ildə qeyd edilmişdir. Sənaye çıxartması 2006-cı ildə başlanmışdır.