Azərbaycan Dövlət İqtisad Universiteti

Ağa Musanm oğlu İsmayıl Bakıda «Realnı» deyilən məktəbdə orta təhsil almış, sonradan xaricdə oxumuş, neçə-neçə dillərə yiyələnmiş, savadlı olduğundan neft işini mütəxəssis kimi idarə edirdi.
Məktəbin keşmişdə bələdiyyə tərəfindən I mərtəbəsi tikilmiş və vəsaitin çatışmaması nəzərindən elə yarımçıq qalmış hətta müəyyən, yəni çox kiçik hissəsinin damı örtülmüşdü ki, guya uşaqlar üçün şərait yaradılmışdı.
Elə əwəldən oğlunun vəfatmdan sonra da bu məktəbin aqibəti Ağa Musanı rahat buraxmırdı. Savadsızlığı aradan götürmək, gənclərin maarifləndirilməsi sahəsi Ağa Musanı hər zaman narahat edirdi. Bu baxımdan 1907-ci ildə O, Qubernatora məktəbin uzun müddət yarımçıq qalmış tikilisini başa çatdırmaq niyyətində olduğunu bildirib, 25 000 rubl məbləğində vəsait ayırmağa hazır olduğunu bildirir. Məktəbdə savadsız müsəlman uşaqları üçün hazırlıq sinfinin açılmasını, sonradan onlarm məktəbə qəbulu üçün şəraitin yaradılmasmı, dünyasmı erkən dəyişmiş oğlu İsmayılm və eləcə də öz portretlərini məktəbin akt zalmdan asılması kimi şərtlər irəli sürmüşdü. Onun bu qayğıkeşliyini Qafqazda imperator Əla
106
Həzrətlərinin vəliəhdi qiymətləndirərək, Ağa Musaya belə bir xeyirxahlığma görə təşəkkür və minnətdarlığmı bildirmişdir.
1908-ci ildən başlayaraq Ağa Musa bu məktəbə himayədarlıq da edir. Bu işlərinə görə 1910-cu ildə imperator əla Həzrətləri onu «Zolotaya şeynaya medal na Andreyevskoy lente» medalı ilə təltif edir, 1914-cü ildə isə О, III dərəcəli sv. Stanislav ordeni ilə təltif olunur. Sonradan bu bina çox adlar daşıyır. Hal-hazırda bina Azərbaycan Dövlət İqtisad Universiteti kimi tanmır. Realm məktəbə və eləcə də Universitetə çox rəhbərlik edənlər olub, amma Universisetin hazırdakı rektoru,
Millət vəkili, professor Şəmsəddin Hümmət oğlu Hacıyev cənabları kimi alicənab addım atan olmamışdır.
Ş.H.Hacıyev 100 il bundan əwəl olunan vəsiyyətə (7 aprel 1907-ci il) əməl edib, Universitetin Elmi Şurasmda qərar qəbul etdi: Binanm müəllifi Azərbaycanda etdiklərinin sayı hesaba gəlməyən xeyriyyəçi, milyonçu Ağa Musa Nağıyevin və oğlu İsmayılm portretləri Universitetdə asılsm!
Ağa Musanm bu vəsiyyəti 11 aprel 2007-ci ildə həyata keçdi!
Bu gün Ağa Musanm ruhu illərlə həsrətində olduğu arzusuna çatdı. Universitetdə təhsildə fərqli tələbələrə Ağa Musa Nağıyev adma təqaüt verilir.
Biz, onun nəvələri Dilarə və Solmaz xanım bu sətirlərlə öz dərin minnətdarlığımızı rektorluğa bildiririk:
Hörmətli Şəmsəddinmüəllim! Allah Sizə yar olsun! Siz bu hərəkətinizlə binanm halallığmı aldmız.
Bu işdə bizə köməklik edib ideya verən və ən əsası bizə dəstək verənlərə: Xalidə Yusifovaya - Universitetin Tələbə şöbəsinin müdiri, Zəfər Bayramova - rektorun ictimaiyyət və əlaqələr üzrə köməkçisi, Elnur Məmmədova - Tələbə-Gənclər Təşkilatının sədrinə dərin minnətdarlığımızı bildirib, deyirik: Ağa Musa ruhu Sizə duaçı olsun! Arzumuz budur ki, kimsəsiz, kasıb, imkansız tələbələrə əl uzatmaqda Ağa Musa dəsti xəttini davam edəsiniz. Əl tutmaq Əlidən qalıb deyirlər. Yaxşılıq heç vaxt yerdə qalmır.
Şəmsəddin müəllim, Siz öz əməllərinizlə xeyirxahlıq etdiniz.
P.S. Ağa Musa oğlu İsmayıl bəyin dərdinə çarə tapa bilməyib, əvəzində «simic» damğası ilə damğalanıb. Bəs necə olur ki indiki <<milyonçular» «Yeni Bakılılar» xərçəng və spidin müalicəsinə çarə tapa bilmirlər? Bəlkə onlar yaxmlarmm halma qalmağı bacarmırlar? Sadəcə başa düşmək lazımdır ki, bəzən pul da xəstəliyin qarşısmda əlacsızdır. Ən başlıcası söz yarasma
107
məlhəm tapmaqdır-budur insani xüsusiyyət.
Qurani Kərimdə belə bir ayə var: Sənə verilən ömür paymı yaşamaq özündən asılıdır. Dünya gəlirli və gedərlidir. Vaxtı ilə Ağa Musa deyirmiş insanlar vara çatır, amma dar ayaqda adama əl uzadan olmur.
Qarşımızda olan əsas məqsəd Ağa Musanm bəxtəvər olub, bəxtsiz dünyasma işıq salmaq, onun etdiklərini bir daha açıqlamaqdır.
Təsərrüfat aləmində belə bir məqam var: məhsul bar verəndə, adam yerə göyə sığmayır, bar gətirməyəndə isə...
Məndə Ağa Musa işinə inam var. Mütləq barmı görəcəyik.
Şüarım budur: gəlin birlikdə Bakımız üçün yanaq, birlikdə xeyriyyəçilərimizin etdikləriniüzə çıxaraq.
Arzularımız çin olarsa, biz də mənən özümüzə rahatlıq taparıq.