Dilarə Nağıyeva - Ömrün səhifələri

Dilarə Nağıyeva - Ömrün səhifələri

Bu sətirlər ömür kitabımın ən yadda qalan və unudulmaz səhifələridir.  Şirin xatirələr dolu, qayğısız, şən günlərimi yad etdim.  İtirdiklərimin təsəllisini ailəmdə, övladlarımda, ictimai fəaliyyətimdə tapdım. Ömür yolumda çox müsahibim olub.  Onlara qulaq asdıqca ömür kitabımı vərəqləyirdim. Haqqında yazdığım hər bir insanın  iç aləmi ilə tanış olduqca, onun sevincini, kədərini könül süzgəcimdən keçirib, yazdım. Hər kəsin bəxtinə bir ömür payı düşür. Hərə bu ömrü bir cürə yaşayır. Zirvənin uca nöqtəsini də hərə öz arşını ilə ölçür. Əsas məqsəd isə birdir. 
Oxuyun, düşünün. Sizlərin fikri mənim üçün çox vacibdir.