OĞURLANDIĞI EV

Bəşir Səfəroğlu №173, S.Vurğun küçəsilə kəsişdiyi tində 3 mərtəbəli arxitektur bina Ağa Musa Nağıyevin yaşadığı evlərdən biri olub.

Bina xarici görkəmi kimi daxildən də çox yaraşıqlı və əzəmətli olduğundan Ağa Musa istirahət günlərini burada ke­çirir­miş. Amma qonaq-qaranı Rəsul Rza küçəsin­dəki evində qəbul edirmiş.

Binanın  eyvanlarının bər-bəzəyi o zamankı kimi bu gün də küçədən keçənlərin diqqətini özünə cəlb etməkdədir.

Kontordan qayıdarkən, Ağa Musanın qazanc məqsədilə sifa­rişli oğurlanması məhz bu evin qapalı girəcəyində baş verib. 

Bina bu gün də əzəmətini itirmədən, yaşayış üçün zəruridir.