Zamanın sorağında

Zamanın sorağında

Çoxlu pul qazanmaq - igidlik, onu əldə saxlamaq - müdriklik,
ondan düzgün istifadə etməyi bacarmaq - istedaddır.
Bütün bu xüsusiyyətlər Ağa Musa Nağıyevin varlığında cəmlənmişdi.
Sayı hesaba gəlməyən möhtəşəm binalar tikdirən, Şollar suyunu çəkdirən, yarımçıq qalmış Realnı məktəbin tikintisini başa çatdıran, xəstəxana və mehmanxana tikintisinə vəsait ayıran bu insanın yalnız bir düşüncəsi olub – tarixdə iz buraxmaq.