Hər tamaşa isə bir ömür

Hər tamaşa isə bir ömür

Di­la­rə Ağa­mu­sa­nın sək­ki­zin­ci ki­ta­bı­dır ki, o, usan­ma­dan neft mil­yon­çu­su-xey­riy­yə­çi Ağa Mu­sa Na­ğı­ye­vin ömür yo­lu­na mü­ra­­ci­ət edir. O bu ki­tab­da da me­se­na­tın fəa­liy­yə­tin­də in­di­yə­dək gö­rün­­mə­yən sə­hi­fə­lə­ri­ni açıq­la­yır. A.M.Na­ğı­yev ya­xın dövr ta­ri­xi­mi­zə neft sə­na­ye­si və təh­si­lin in­ki­şa­fın­da bö­yük xid­mət­lər gös­tər­miş və ta­ri­xə ən zən­gin mil­yon­çu-me­se­nat ki­mi da­xil ol­muş­dur. Onun “Cə­miy­yə­ti Xey­riy­yə” üçün tik­dir­di­yi “İs­mai­liy­yə” və dörd xəs­tə­xa­na da­xil ol­maq­la yü­zə ya­xın bi­na­la­rı, Ba­kı su kə­mə­ri­nin çə­kil­mə­si­nə ver­di­yi kül­lü miq­dar­da pul və­sai­ti və da­ha bir çox bu yön­lü xid­mət­lə­ri ta­rix­də ən önəm­li mə­qam­lar ki­mi vur­ğu­la­nır. Mil­yon­çu­nun bi­na­la­rı bu gün də za­hi­ri gö­rü­nü­şü­nü bə­zə­yən ta­ri­xi me­mar­lıq abi­də­lə­ri ol­maq­la ya­na­şı, öl­kə­nin bir çox ta­ri­xi ha­di­sə­lə­ri­nə şa­hid­lik edə­rək, ic­ti­mai-si­ya­si, mə­də­ni-maa­rif və sə­hiy­yə sa­hə­lə­rin­də is­ti­fa­də olu­nan önəm­li mə­kan­lar­dır.