Telefonnı küçənin macarası

Ağa Musa ən çox evləri məhz Telefonnı ( hazırkı 28 may) küçəsində  tikdirmişdir.  Şəhərdə telefonlar yalnız  sahibkarlara aid olduğundan,  Ağa  Musa ilk olaraq bu küçədə (əhalinin sıx olduğu yerdə) ona qədər dirək qoydurub, avtomat telefonlar çəkdirib. Telefonla danışmağa  bu küçəyə gələn rus dilli əhali buranı “telefon olan küçə” (Telefonnaya)  adlandırır.   

A.M.Nağıyevin gəlirli evlərini “Qasımov qardaşları və K” şirkəti ucaldırdı. Bir binanın tikintisi qurtarmamış başqa birinin tikintisinə  başlayırmış.  Belə sürətli inşaatı hətta Hacı Zeynalabdin Tağıyev də həyata keçirməyib.                   

Ağa Musa təkcə İsmailiyyəni, Zabitlər evini, LUKOYL və COCARın binalarını, eləcə də  Novaya Yevropa və, Astoriya  mehmanxanalarını  tikdirməklə, sağlığında heykəlini ucaldıb demək, məqsədə uyğundur.

Binalarının üzərindəki emblem  isə daş kitabələrə çevrilib, milyonçunun xatirəsini yad edir.    

Ağa Musanın  etdiklərinə rəğmən yalnız iki heykəli  olub desəm, yanılmaram. Onlardan  biri adını daşıdığı xəstəxanadakı 2006-cı ildə məhv edilən – lövhə idi.   O biri  isə vəfalı olub “Ekspertiziya məhkəməsi” nin fəaliyyət göstərdiyi binanın  eyvanlarındakı  qrifi ilə bərabər MH- inisiallarıdır.

 28 may küçəsində Sovet Hakimiyyətinin dövrünə tikilən 23 saylı orta məktəb və yanındakı 5 mərtəbəli binaları çımaq şərtilə, bu küçənin sağında və solunda tikilən binalar ona məxsus olub. Ən sıx bilalarının yerləşdiyi küçələrdən biri də Səməd Vurğun küçəsidir.