QARA ŞƏHƏRDƏ – Un anbarı (Qadın Həbsxanası)

Ağa Musanın  “Qara Şəhər”də 6-cı Çernoqorodskaya və 2-ci Zavaqzalnı (hazırkı N.Əliyev 10)  küçələrinin kəsişdiyi yerdə böyük bir sahəni (100 ha) əhatə edən 2 mərtəbəli xüsusi olaraq tikdirdiyi  binasında  İranın Sərab şərindən gələn köçkünlər  yerləşdirilmişdi.  Hansılar ki, sonradan 1918-ci ilin mart qırğınları zamanı sözün əsl mənasında “ətdən” çəpər kimi düzülüb, düşmənin neft zavodları olan məkana girməsinə yol verməmişlər.

 Hadisələrdən atasının danışıqlarından xəbərdar olan, binanın  indiki sakini 70 yaşlı İsmayıl Tençurin,  milliyyətcə tatar olan bir nəfər ilə görüşüm zamanı  aydın oldu ki, bina “Amerikanka” və “Naqiyevskiy dvor” adı ilə  məşhur olub. Hazırda binanın  yarısında  yeni 23 mərtəbəli  müasir bina ucaldılıb. Əvvəllər bu binanın yerində Ağa Musanın Çörək  Sexi olub. Bina ilə üzbə üzdə  “Qadın həbsxanası”nın yerində isə Ağa Musa Nağıyevin un ambarı  olub.

Günün axırında, binanın  ambara baxan tərəfində, bu günədək görkəmini saxlayan taxta eyvanda (fotoda görünən taxta eyvanlı bina da yenicə sökülüb... ), Ağa Musanın un kisələrinin arabadan boşaldılmasını izlədiyini söyləyib əlavə etdi ki, Ağa  bunu özündən başqa heç kimə inanmadığından edirmiş. İ.Tençurin onu da  əlavə etdi ki, atam deyərdi - Ağa Musa çox səxavətli olub, amma yalana və aldanmaya yol verməzdi.