MƏRDƏKAN BAĞI

 25 aprel 1896-cı il tarixli dairəvi məhkəmənin Bakı  baş nota­riu­sunun “Krepostnoy Qala” kitabında  apardığı qeydiyyata əsasən, I gildiyalı Bakı taciri Ağa Musa Nağıyevin Mərdəkanda aldığı  81 nöm­rəli bağın -daşınmaz əmlakın -torpaq sahəsi Mərdəkanın Şüvəlan ilə kəsişdiyi yerdədir. Bu torpaq sahəsini 600 gümüş rubla almışdı.

Müqavilədə göstərilən qeydiyyata əsasən torpaq sahəsinin Ağa Musa Nağıyevin nəslinə aidiyyatı olduğu xüsusi qeyd olunub.

A.M.Nağıyevin bağında bu gün “Abşeron Mədə - Bağırsaq Sanatoriyası”  fəaliyyət göstərir.

Sahənin bəzi hissəsində qaçqınlar məskunlaşıb, bir hissəsi isə dağınıq halda, yararsız və istifadəsizdir. Həmin dağınıq yerdə Ağa Musanın hündürlükdə tikilmiş taxtadan 2 villası[1] dağı­dıl­mış halda olsa da, çox fiqurlu şüşəbəndin qalan bir hissəsi gözəl­liyini hələ də itirməyib

Sanatoriyaya daxil olarkən sol tərəfdə hündürlüyü 7-8m. olan çarhovuz bərbad haldadır.Dağıdılmış çarhovuzun mərkəzində olan “daş heykəldən” isə əsər-əlamət qalmayıb