İsmailiyyə

İSMAİLİYYƏ  binası
Oğlu İsmayıl ağır xəstəliyə düçar olan zamandan yerli və xarici həkimlərin dediklərinə əməl etsə də,  xəstəliyin övladına yeddi il  verdiyi əzaba Ağa Musa dözməli olur. İsveçrədə keçdiyi müalicə zamanı  oğlu İsmayılı ziyarət edərkən, hər dəfə Qotik üslubda tikilmiş Palatso Kantarini sarayına həsrətlə baxır, tezliklə oğlunun sağalacağına ümüdünü üzmədən, onun şərəfinə Bakıda binanın analoqunu tikdirəcəyinə  özlüyündə qərar verir.Təssüflər olsun ki, Ağa Musa bu qeyri-adi sarayı oğlunun xatirəsinə tikdirməli olur.  Memar Y. Ploşko  1908 -ci il dekabrın 21-də İmamın mövludu günü - təntənəli mərasimdə  “İsmailiyyə” binasının tikintisinə  start verilir.   7 aprel 1913-cü ildə istifadəyə verilmiş  bu saray öz gözəlliyi ilə Bakının bütün imarətlərini kölgədə qoyur. Bina 1913 – 1918-ci illərədək “İsmailiyyə” adını daşıyıb  və “Xeyriyyəyi Cümhuriyə”yə  xidmət edib.   “İsmailiyyə”  binası  daşlaşmış heykəl olub, bütövlükdə Bakının mədəni tarixini bu gün də yaşadır. Hazırda bina  Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti kimi tanınır.