Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyəti

Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyəti

Ötən əsrin sonlarında Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Vətən tarixşünaslığı, tarix elmi qarşısında böyük perspektivlər açılmışdır. Uzun illər üzərinə kölgə salınan, qadağalar qoyulan mövzular tədqiq olunmaqda, yeni-yeni mənbə materialları elmi dövriyyəyə cəlb edilməkdədir. İndi tarix elmi azərbaycançılıq ideologiyası aspektindən yenidən işlənilir, İllərlə qadağa qoylu-muş mövzulara işıq salınır, arxivlərin küncünə atılmış qiymətli sənədlər aşkarlanır.
Sovet təbliğatının tədqiqini qadağan etdiyi mövzulardan biri də Azərbaycanda neft milyonçularının, onların xeyriyyəçilik hərəkatında rolunun öyrənilməsi, millətin görkəmli şəxsiyyətlərinin həyat və fəaliyyətlərinin araşdırılması olmuşdur. Uzun sovet onillikləri boyunca onların üzərinə «burjua» damğası vurularaq adlarını ləkələməyə çalışmışlar. Amma XX əsrin əvvəllərindən milli oyanışın artdığı şəraitdə bu mesenatlar millətin yaddaşında elə dərin izlər buraxmış, öz xidmətləri ilə millət qarşısında elə şöhrət qazanmışdılar ki, onları tarixdən silmək və ya ləkələmək sovet ideologiyasına nə-sib ola bilməmişdir. Belə şəxsiyyətlərdən biri də Ağa Musa Nağıyevdir.